Rafiq Hüseynova Allahdan rəhmət, sevənlərinə səbr diləyirik.

Bakı Sağlamlıq Mərkəzi olaraq bildiririk ki, mərhum sənətkarımız Rafiq Hüseynov və həyat yoldaşı Gülşən Hüseynovadan 27 mart tarixində götürülən yaxmanın cavabı pozitiv olmuşdur. Hər ikisi klinikanın Covid-19 infeksion şöbəsinə yerləşdirilmiş, müvafiq müalicəyə başlanılmışdır. Rafiq Hüseynovun yanaşı ciddi xəstəlikləri olduğundan onun vəziyyəti həddən artıq ağır idi. Hər iki xəstədə 29 mart və 3 aprel tarixlərində təkrar götürülən yaxma nümunələrinin cavabı pozitiv olmuşdur. Rafiq Hüseynova Allahdan rəhmət, sevənlərinə səbr diləyirik.

Diqər xəbərlər